Azərbaycan vətəndaşları Gürcüstan banklarında ən böyük həcmdə depozit saxlayan əncəbilərin siyahısında III yeri tutur.
Eləcə də bax: Bu il Gürcüstandan Azərbaycana pul köçürmələri - KƏSKİN ARTIB
FED.az xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankının 2021-ci il üzrə hesabatında bildirilir.
Ötən ilin dekabrına olan məlumata əsasən, Azərbaycan vətəndaşlarının pullarının ümumi məbləği 374 milyon lari (123,2 milyon ABŞ dolları) təşkil edir. Qonşu ölkə banklarında əcnəbilərin saxladığı ümumi depozitlərin 7 %-i Azərbaycan vətəndaşlarının payına düşür.
Gürcüstan banklarında ən çox pulu olan əcnəbilər isə Rusiya vətəndaşlarıdır. Onların əmanətlərinin həcmi 748 milyon lari (246,5 milyon ABŞ dolları) təşkil edir. Rusiyadan sonra ikinci mövqeni İsrail vətəndaşları 481 milyon lari (158,5 milyon ABŞ dolları) ilə tutur.
2022-ci ilin martına olan məlumata əsasən, Gürcüstan banklarında xarici depozitlər rekord səviyyəyə - 5,6 milyard lariyə qədər artıb. Bu, aylıq müqayisədə 330 milyon lari çoxdur. (Report)