Bu ilin yanvar-mart aylarında Gürcüstandan Azərbaycana həyata keçirilən pul köçürmələrinin həcmi 4,63 mln. ABŞ dolları təşkil edib.
Eləcə də bax: Gürcüstan Rusiyaya qarşı maliyyə sanksiyalarına - QOŞULUB
FED.az xəbər verir ki, Gürcüstan Milli Bankının məlumatları əsasında aparılan hesablamalara görə, bu 2021-ci ilin eyni dövrü ilə müqayisədə 20,3% çoxdur. Təkcə martda qonşu ölkədən Azərbaycana yönələn transfertlərin həcmi 1,65 mln. dollara bərabər olub ki, bu da aylıq müqayisədə 7,9% illik müqayisədə isə 16% çoxdur.
Azərbaycandan Gürcüstana göndərilən pul baratlarına gəldikdə, bu ilin I rübündə 13,97 mln. dollarlıq transferlər həyata keçirilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 24,9% azdır. Təkcə martda 4,76 mln. dollar həcmində pul köçürmələri həyata keçirilib ki, bu da fevral ayı ilə müqayisədə 0,8%, illik müqayisədə isə 35,1% azdır. (Apa)