Azərbaycan “Brand Finance” konsaltinq şirkəti tərəfindən hər il hazırlanan “Qlobal Yumşaq Güc İndeksi”ndə (Global Soft Power Index) 20 pillə irəliləyib.
Fitch: Rusiya-Ukrayna müharibəsi Azərbaycanın xarici ticarət balansını gücləndirib
FED.az xəbər verir ki, bununla da Azərbaycan ötən ilki indekslə müqayisədə 77-ci yerdən 57-ci yerə çıxıb.
Bu göstərici üzrə Azərbaycan Gürcüstan, Özbəkistan, Banqladeş və BƏƏ ilə birgə 2022-ci illə müqayisədə indeksdə ən çox irəliləyişə nail olmuş ilk 5 ölkə arasındadır.
Bu ilki indeksdə ilk 10 yerdə ABŞ, Birləşmiş Krallıq, Almaniya, Yaponiya, Çin, Fransa, Kanada, İsveçrə, İtaliya və Birləşmiş Ərəb Əmirliyi qərarlaşıb. Region ölkələrindən Rusiya 13-cü, Türkiyə 23-cü, Ukrayna 37-ci, Gürcüstan 49-cu, İran 77-ci, Qazaxıstan 79-cu, Türkmənistan 88-ci yerdədir. Dünyanın 121 ölkəsini ehtiva edən indeksdə Ermənistan yer almır.
“Qlobal Yumşaq Güc İndeksi” dövlətlərin Tanınma (Familiarity), Təsir (İnfluence) və Nüfuz (Reputation) ölçüləri üzrə göstəricilərini ortaya çıxarmaq məqsədilə biznes və ticarət, idarəçilik, beynəlxalq münasibətlər, mədəniyyət və irs, mətbuat və kommunikasiya, təhsil və elm, insanlar və dəyərlər və dayanıqlı Gələcək kateqoriyaları üzrə dövlətlərin göstəricilərinə əsaslanır.
İlk dəfə 2021-ci ildə Qlobal Yumşaq Güc İndeksinə daxil olmuş Azərbaycan həmin il 72-ci, 2022-ci ildə isə 77-ci yerdə qərarlaşıb. (Apa)