Hazırda manatın məzənnəsinin valyuta bazarında təklif kanallarının genişlənməsi şəraitində formlaşması inflyasiya səviyyəsinə və inflyasiya gözləntilərinə azaldıcı təsir göstərir.
Eləcə də bax: AMB: dollar/manat məzənnəsinin sabitliyi qiymət artımlarını - NEYTRALLAŞDIRIR
FED.az xəbər verir ki, bu fikirlər Mərkəzi Bankın "Twitter" səhifəsində yayımlanıb.
Qeyd olunub ki, əsas ixrac əmtəələri üzrə dünya qiymətlərinin yüksəlməsi 2022-ci ilin sonuna tədiyə balansında ÜDM-ə nisbətdə ikirəqəmli səviyyədə profisitin yaranacağı ehtimalını artırır ki, bu da valyuta bazarında tarazlığı dəstəkləyən başlıca amildir.
Bildilib ki, Azərbaycanın əsas ixrac məhsullarının bahalaşması tədiyə balansının profisitini artırır ki, bu da qiymətlər sabitliyinin əsas lövbəri kimi milli valyutanın məzənnəsinin dayanıqlığını dəstəkləyir, nəticədə qiymətlərə azaldıcı təsir edir.
(Fins)