“Azərbaycan Kredit Bürosu” MMC-nin Müşahidə Şurasının üzvlərindən biri dəyişib.
Eləcə də bax: “Günay Sığorta”nın maliyyəsinə nəzarət edən şəxslərindən biri də bilindi – TƏYİNAT
FED.az Banker.az-a istinadən xəbər verir ki, AKB-nin Müşahidə Şurasında “Rabitəbank”ı Elçin Qədimov təmsil edəcək, hansı ki, hazırda bankın İdarə Heyətinin birinci müavinidir (sabiq sədr). O, bu vəzifədə Elxan Bədirxanovu əvəzləyib.
Beləliklə, AKB-nin Müşahidə Şurası 12 avqust 2021-ci il tarixinə belədir:
- Fərid Abuşov – Müşahidə Şurasının sədri
- Cavid Mirzəyev – Müşahidə Şurasının üzvü
- Elnur Həsənov – Müşahidə Şurasının üzvü
- Elçin Qədimov – Müşahidə Şurasının üzvü
- Elnur Məmmədli – Müşahidə Şurasının üzvü
- Zamiq Məmmədov – Müşahidə Şurasının üzvü
- Ahmet Kudret İşler – Müşahidə Şurasının üzvü
Xatırladaq ki, AKB 2018-ci il yanvarın 15-də yaradılıb. Onun nizamnamə kapitalı 2 milyon manatdır. Büronun səhmdarları hər biri 12,5% payla 8 bank – “Azərbaycan Beynəlxalq Bankı, “Bank Respublika”, “Xalq Bank”, “Kapital Bank”, “PAŞA Bank”, “Rabitəbank”, “Unibank” və “Ziraat Bank (Azerbaijan)” ASC-lərdir