Azərbaycan Mərkəzi Bankının (AMB) sədr müavini Vüsal Xəlilov İtaliyanın "Numia" və "Bancomat" şirkətlərinin nümayəndə heyəti ilə görüşüb.
Mərkəzi Bank Rəqəmsal Valyuta Platforması tətbiq edəcək
FED.az biznes və maliyyə xəbərləri portalı AMB-yə istinadən xəbər verir ki, görüş zamanı rəqəmsal maliyyə xidmətləri və ödəniş texnologiyaları sahəsində əməkdaşlıq imkanları, innovativ ödəniş həllərinin tətbiqi, eləcə də beynəlxalq təcrübənin öyrənilməsi məsələləri müzakirə olunub.
Görüş Azərbaycan Dövlət Neft Fondu ilə İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) təşkil etdiyi, "Fondo Strategico Italiano (FSI)" şirkətinin təşəbbüsü ilə İtaliyanın biznes sektorunun nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində baş tutub.
Səfər çərçivəsində "Azərbaycan–İtaliya biznes və investisiya əlaqələri" mövzusunda tədbir də keçirilib. Tədbirdə Azərbaycan və İtaliya arasında iqtisadi münasibətlərin mövcud vəziyyəti və inkişaf perspektivləri, prioritet sektorlar üzrə investisiya imkanları, əlverişli biznes mühiti və institusional əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.











