Azərbaycan Mərkəzi Bankının Rəqəmsal Valyuta Platforması tətbiq etməsi və ekosistemə inteqrasiyası nəzərdə tutulur.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi "Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı"nda öz əksini tapıb.
Sənədə əsasən, məqsəd maliyyə əməliyyatlarında xərclərin effektivliyinin və şəffaflığın artırılmasıdır.
Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi dövlət büdcəsi və qanunla nəzərdə tutulan digər mənbələr hesabına təmin ediləcək.











