Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün Dövlət Neft Fondunun (ARDNF) iştirakı ilə keçirdiyi valyuta hərracında banklara $40,6 milyon satıb.
FED.az xəbər verir ki, mayın 5-də keçirilən hərracda banklara $30,8 milyon məbləğində xarici valyuta satılmışdı.
“Hərracda tələb $40,6 milyon təşkil edib və tam təmin edilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7 manat səviyyəsində formalaşıb”, - deyə AMB-dən bildirilib.