Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün Dövlət Neft Fondunun (ARDNF) iştirakı ilə keçirdiyi valyuta hərracında banklara $22,1 milyon satıb.
FED.az xəbər verir ki, iyunun 9-da keçirilən hərracda banklara $33,4 milyon məbləğində xarici valyuta satılmışdı.
“Hərracda tələb $22,1 milyon təşkil edib və tam təmin edilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7 manat səviyyəsində formalaşıb”, - deyə AMB-dən bildirilib.