Avstraliya Mərkəzi Bankı (Avstraliya Ehtiyat Bankı RBA adlanır) uçot dərəcəsini 50 baza faizi bəndi artırıb.
Eləcə də bax: Nüfuzlu bank deyir ki, indi Avstraliya dolları almaq - “fenomenal ticarətdir”
Belə ki, bank öz tarixində ilk dəfə olaraq iki fasiləsiz görüşdə faiz dərəcələrini 50 baza bəndi artırıb.
Dünən İsrail mərkəzi Bankının Stenli Fişerin mərkəzi bankın sədri olduğu 2011-ci ildən bəri ən böyük faiz artımını artırdıqdan sonra bu gün Avstraliya da bu səhər faiz dərəcələrini artırıb.
Fasiləsiz 3 görüşdə faiz artıran bank, son addımı ilə siyasət faizini 2019-cu ilin may ayından bu yana ən yüksək səviyyə olan 1,35%-ə yüksəldib.
RBA-nın sədri Filip Lou qərar elan edildikdən sonra verdiyi açıqlamada, «İdarə heyəti Avstraliyada pul şərtlərinin normallaşdırılması prosesində növbəti aylarda əlavə addımlar atmağı gözləyir» dedi.
O, faiz artımlarının davam edəcəyi mesajını verib.
Qeyd edək ki hazırda dünyada davam edən sürətli qiymət artımı fonunda mərkəzi banklar inflyasiyanın cilovlanması üçün faizləri artırmağa üstünlük verirlər.