Bazar ertəsi avropa fond indeksləri aşağı düşməyə başladı, çünki ABŞ-dakı prezident seçkiləri ərəfəsində güclü qeyri-müəyyənlik müşahidə olunurdu və bu da bazar iştirakçılarının əhval-ruhiyyələrinə təsir göstərirdi.
Səhər avropa ticarət sövdələşmələri gedişində STOXX EURO 50 indeksi 0.36% zəiflədi, fransız CAC 40 isə 0.40% itirdi, alman indeksi DAX 30 isə 0.22% aşağı düşdü.
Yüksək siyasi qeyri-müəyyənlik fonunda bazarda tərəddüd müşahidə olunurdu. Bu da FRB-nin bəyanatından sonra baş verdi. Bəyanat görə FRB H.Klintonun şəxsi elektron yazışmalarına dair işə bir daha baxmaq niyyətindədir.
Maliyyə bazarı da aşağı düşməyə başladı, çünki fransız kreditorları BNP Paribas (PA:BNPP) və Societe Generale (PA:SOGN) müvafiq olaraq 0,87% və 0,98% itirdi. alman kreditoru Commerzbank (DE:CBKG) isə 0,03% aşağı düşdü, habelə Deutsche Bank(DE:DBKGn) 0,19% artım nümayiş etdirdi.
Periferik kreditorlar arasında italyan Intesa Sanpaolo (MI:ISP) və Unicredit (MI:CRDI) göstərmək olar ki, onlar da müvafiq olaraq 1,04% və 1,79% zəiflədilər. Halbuki, ispan Banco Santander(MC:SAN) və BBVA (MC:BBVA) müvafiq olaraq 0,69% və 1,06% aşağı düşdü.
Engie SA (PA:ENGIE) səhmləri 1,04% düşdü. Bu, fransız şirkətinin cümə günü verdiyi bəyanatdan sonra baş verdi. Bəyanata görə şirkət Ukraynanın qaz operatoru olan Ukrtransqaz ilə qazın ötürülməsi və saxlanılmasına dair razılıq imzalamışlar və bununla da Ukraynanın topdansatış qaz bazarında fəal iştirak edəcək ilk avropalı energetik qrup olmuşlar.
London FTSE 100 indeksi 0,41% düşdü.
Barclays (LON:BARC) səhmləri 0,38% düşdü, HSBC Holdings (LON:HSBA) səhmləri 0,70% itirdi, Lloyds Banking (LON:LLOY) səhmləri isə 0,94% düşdü. Royal Bank of Scotland (LON:RBS) səhmləri 1,34% aşağı düşdü.
investing.com©