Avropanın fond bazarları bank və filiz-mədən sektorlarının səhmləri hesabına Bazar ertəsi hərracı indekslər üzrə müsbət dinamika ilə başladı, eyni zamanda borcların yığılması ilə məşğul olan “Intrum Justitia”nın kağızlarının qiyməti birləşmə haqqında xəbərlər fonunda yüksəldi.
Panavropa indeksi STOXX 600 1,23% artdı. Dağ metallurgiya şirkəti və bank sektorunun indeksləri müvafiq olaraq 2,2 və 1,6 faiz artdı.
“Intrum Justitia” şirkəti Norveç şirkəti “Lindorff” ilə birləşəcəyi haqqında xəbəri verdikdən sonra “Intrum Justitia”nın kağızları 14,8% yüksəldi.
DCC-nin səhmləri demək olar ki, 8% möhkəmləndi, çünki Londonda yerləşən şirkət illik əməliyyat gəlirinin bazarın gözləntilərindən yüksək proqnozlaşdırdığını bildirdi.
Avropanın fond bazarları banklar və dağ-mədən sektoru hesabına inkişaf edir
17:58
14 Noy 2016