Dünənki sessiya boyunca düşüb-qalxan tendensiya nümayiş etdirən bir sıra avropa fond indeksləri bazarın bağlanması zamanı əsasən artım göstərdilər.
Regionun iri şirkətlərinin birləşmiş indeksi Stoxx Europe 600 praktiki olaraq sövdələşmələrin yekunlarına görə dəyişmədi və 341,71 punkt təşkil etdi.
Britan indeksi FTSE 100 isə 0.4% qalxdı, alman indeksi DAX 0,1%, fransız indeksi CAC 40 isə 0.02% düşdü.
Bazara dəstək qismində cümə axşamı günü BB-dən gələn statistik məlumatlar çıxış etdi. Britan ÜDM-i 2016-cı ilin 3-cü rübündə əvvəlki üç ayla müqayisədə 0,5% qalxmışdı. Bu barədə Milli Statistika İdarəsindən (ONS) bildirilib. BB iqtisadiyyatının artımı 2-ci rüblə (0.7%) müqayisədə bir az zəifləyib, lakin bu proqnoz istənilən halda iqtisadçıların verdiyi konsensus-proqnozu 0.3% səviyyəsində ötüb keçib. 2015-ci ilin iyul-sentyabr ayları ilə müqayisədə ÜDM-in qalxması proqnozlaşdırılan 2.1% əleyhinə 2.3% təşkil etmişdir.
Beləliklə, Deutsche Bank AG (DE:DBKGn) 3-cü rübün yekunların aəsasən xalis gəlir qeydə almışdır, bu da bazar üçün sürpriz oldu, çünki onlar bankın həll edilməmiş problemləri səbəbindən onun zərərlə çıxacağını düşünürdülər. Deutsche Bank səhmləri cümə axşamı günü sövdələşmələrin yekunlarına görə 0.6% bahalaşdı.
Nokia isə 3-cü rübü artıq ardıcıl olaraq xalis itki ilə başa vurur. Fin şirkətinin qiymətli kağızlarının qiyməti 7.6% aşağı düşmüşdü.
ABB isveç-isveçrə konserninin bazar kapitallaşması, həmçinin 3-cü rübdə gəlirləri də sifarişlərin azalması səbəbindən 6.6% aşağı düşdü.
İspan şirkəti Telefonica səhmlərinin qiyməti isə 1% aşağı düşdü. Şirkət britan şöbəsindəki satışlarının azalmasına görə 2017-ci ildə dividendlərinin 27% azalacağını elan etdi.
Çipmeyker şirkəti olan STMicroelectronics-in qiymətli kağızlarının kotirovkaları 10%-dən artıq aşağı düşdü, çünki 4-cü rüb üzrə rentabellik (gəlirlilik) proqnozu bazarın gözləntilərini aşdı.
Neft xidməti göstərən Technip (PA:TECF) şirkətinin səhmləri müsbət rüblük hesabata görə 2.2% bahalaşdı.
Barclays (LON:BARC) britan bankının kağızlarının qiyməti 4.8% artdı. Bank istiqrazlarla bağlı əməliyyatlardan və əməliyyat gəlirindən alınan qazanc əldə etdi. Bu da göstərilən proqnozlardan dəfələrlə artıq idi.
investing.com©