Avropa fond indeksləri çərşənbə axşamı günü sessiyasının yekunlarına əsasən aşağı düşdü. İnvestorlar ayrı-ayrı şirkətlərin zəif rüblük hesabatlarından məyus oldular. Həmçinin bazar müxtəlif istiqamətli iqtisadi statistik məlumatları da qiymətləndirirdi və buradan da ABŞ prezident seçkilərin ilə bağlı gərginlik və təsir təbii ki, öz nəticəsini göstərirdi.
Regionun ən iri şirkətlərinin birgə indeksi olan Stoxx Europe 600 sessiyanın yekunlarına əsasən 1.1% düşərək 335,33 punkta çatmışdı.
Avrozonanın 50 ən iri şirkətinin indeksi Euro Stoxx 50 da həmçinin 1.1% itirmişdi. Brotan fond indikatoru FTSE 100 isə 0.5%, fransız CAC 0,9%, alman DAX 1,3% azalmışdı.
Standard Chartered (LON:STAN) səhmlərinin qiyməti 5.4% düşmüşdü. Əvvəlki rübdə britan bankının vergidən əvvəlki mənfəəti ekspertlər tərəfindən proqnozlaşdırılan 601 milyon dollar əvəzinə $458 milyon dollar təşkil etdi. Qazanc isə keçən ilin analoji dövründəki 3.68 milyard dollar ilə müqayisədə $3,47 milyard dollaradək düşmüşdü.
İrlandiya farmaşirkəti Shire kağızları qiymətdə 2.5% düşdü.
Mühəndislik (injinirinq) konserni Weir Group (LON:WEIR) Plc səhmlərinin qiyməti 2.5% düşdü, çünki gəlirin illik proqnozu investorları məyus etmişdi.
Britaniyanın neft şirkəti BP Plc (LON:BP)-nin səhmləri sessiyanın yekunlarına əsasən 4.5% ucuzlaşdı. Şirkət gəliri 2016-cı ilin 3-cü rübündə 49% azalaraq $933 milyon dollara çatdı. Bu isə neft qiymətlərinin aşağı düşməsi və neft emalının gəlirliliyinin azalmasından irəli gəlirdi.
Danimarka zərgərlik şirkəti Pandora-nın qiymətli kağızları 5.8% ucuzlaşdı. Şirkət mağazalarında satışın artım templərinin yavaşladığını elan etdi.
investing.com©