Dünənki sövdələşmələr nəticəsində avropa fond indeksləri aşağı düşdü. Beləliklə, OPEK-in hasilatı dondurması barədə heç bir razılıq əldə edilmədiyindən neft qiymətlərinin düşməsinin ardınca neft istehsalçılarının səhmlərinin kotirovkaları da düşdüyündən bu hadisə baş verdi. Bu barədə MarketWatch yazır.
Regionun iri şirkətlərinin birgə indeksi olan Stoxx Europe 600 sessiyanın yekunlarına görə 0,54% düşərək 338,97 punkt təşkil etdi. Britan indikatoru FTSE 100 isə 0,6%, fransız CAC 40 indeksi 0,86%, alman DAX isə 0,29% aşağı düşdü.
OPEK-ə üzv ölkələrin ekspertləri arasında hasilatı kollektiv şəkildə aşağı salmaq barədə konkret parametrlərin razılaşdırılmasına dair gedən həftəsonu danışıqlar heç bir nəticə vermədi. Bu da bir sıra kotirovkaların aşağı düşməsinə gətirib çıxartdı. Xüsusilə də Brent markalı neftin 3.2% ucuzlaşaraq bareli 48 dollardan bir qədər yuxarı satılmasına gətirib çıxardı.
Nəticədə, neft sektorunun iri şirkətlərinin kapitallaşması da aşağı düşdü, bura BP Plc (LON:BP) - 1,7% və Royal Dutch Shell Plc - 1,9% daxildir.
Tullow Oil (LON:TLW) bazar qiyməti gün ərzində 5.8% düşdü, OMV AG - 1,5%, Eni SpA - 2,2%, neft xidmətləri göstərən John Wood Group Plc şirkətininki isə 2% aşağı düşdü.
Hexagon səhmlərinin qiyməti təxminən 10%-dək düşdü. İsveçin ən iri yüksək texnologiyalar şirkətinin prezidenti və baş icraçı direktoru Ola Rolen insayder ticarətində şübhəli bilindiyinə görə həbs edildi. Şirkətdən bildirilmişdir ki, indi onun işi üzrə istintaq gedir və bu işin Hexagon şirkətinin fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur, sadəcə onun şəxsi investisiyalarına aiddir.
3-cü rübdə avrozonanın 19 ölkəsinin ÜDM-i əvvəlki 3 ayla müqayisədə 0.3% artmışdır. Bunu Avtopa İttifaqının Statistik idarəsinin (Eurostat) ilkin məlumatları göstərir. 2015-ci ilin iyul-sentyabr ayları ilə müqayisədə iqtisadi artım 1.6% təşkil etmişdir. Hər iki göstərici analitiklərin verdiyi konsensus-proqnozlara uyğundur.
Oktyabrda avrozonada istehlak qiymətləri illik anlamda 0.5% artmışdır. Bunu Eurostat-ın ilkin hesablamaları göstərir. Bu göstərici FactSet agentliyi tərəfindən sorğulanan ekspertlərin proqnozları ilə üst-üstə düşür və 2014-cü ilin iyunundan bəri müşahidə edilən maksimal göstəricidir.
investing.com©