Son 10 il ərzində Avropa ölkələrinin Azərbaycan iqtisadiyyatına investisiyaları 20 milyard dolları ötüb.
Trend-in məlumatına görə, bunu iqtisadiyyat nazirinin müavini Sahil Babayev Azərbaycanda Avropa İttifaqının tvinninq-layihələrinin tətbiqinin 10 illiyinə həsr olunmuş konfransda deyib.
Nazir müavini qeyd edib ki, bu həmin dövrdə Azərbaycanda bütün investisiyaların 45 faizinə bərabərdir.