Avropa Mərkəzi Bankı (AMB) faiz dərəcələrini 0,25 bənd artırmağa qərar verib.
İlin sonuna Azərbaycanda inflyasiyanın - 6-7 Faizədək Azalacağı Gözlənilir
FED.az xəbər verir ki, Bank depozit faiz dərəcəsini 4 faizə,pul siyasəti dərəcəsini 4,50 faizə, gecəlik borclanma faizini 4,75 faizə yüksəldib.
Bloomberg-in sorğusunda iştirak edən iqtisadçıların gözləntiləri faiz dərəcələrinin sabit qalacağı idi.
Qərarın mətnində sərt pul siyasətinin davam edəcəyi barədə siqnallar diqqəti çəkir. Mətndə inflyasiyanın uzun müddət yüksək qalacağı qeyd edilib.
Bank 2023-cü il üçün inflyasiya proqnozunu 5,4 faizdən 5,6 faizə yüksəldib; 2024-cü il üçün gözləntisini isə 3 faizdən 3,2 faizə qaldırıb. 2025-ci il üçün inflyasiya gözləntisi 2,1 faiz olaraq müəyyən edilib.
ECB Avrozona üçün 2023-cü il üçün iqtisadi artım proqnozunu 0,9 faizdən 0,7 faizə endirib. 2024-cü il üçün artım gözləntiləri 1,5 faizdən 1 faizə düşüb.
Qərardan sonra Avro ucuzlaşıb. Bakı vaxtı ilə saat 16:40-da Avro/Dollar məzənnəsi 0,5% geriləmə ilə 1,0670 avro səviyyəsində ticarət olunub. (Marja)