Avropa fond bazarları bank səhmləri hesabına bazar ertəsi artım nümayiş etdirdi, çünki H.Klinton FBR-ın cinayət təqibinə məruz qalmadığı üçün onun ABŞ-ın prezident seçkilərində qələbə qazanma şansı yenə də artdı.
Moskva vaxtı ilə saat 12:48-də avropa indeksi STOXX 600 1,12% artdı.
Bank sektoru HSBC səhmlərinin qalxmasına görə təxminən 2% toplaya bildi. Qeyd edək ki, bank əsas kapitalın kifayətlilik əmsalının qəfil artımı barədə bəyan etdikdən sonra bu vəziyyət qısamüddətli perspektivdə dividendlərlə bağlı proqnozu dəstəkləmiş oldu.
PostNL kağızları isə 5,76% artdı, çünki holland poçt şirkəti belçikalı rəqibi Bpostdan gələn təklifi rədd etdi.