Bazar ertəsi avro dollara münasibətdə aşağı düşdü və bunlar 3-cü rübdə avrozonada iqtisadi artım tempinin dəyişməməsi barədə yayılan məlumatlar nəticəsində baş verdi. Qeyd edək ki, inflyasiya səviyyəsi oktyabrda bir qədər artmışdı.
EUR/USD cütü məlumatlar çıxdıqdan sonra stabil olaraq 1,0955 qiymətində qaldı, bu isə gün üzrə 0.28% artım demək idi.
Avrostatistikaya görə ÜDM 3-cü rübdə 0.3% qalxaraq əvvəlki rübün göstəricilərinə və proqnozuna analoji olaraq qaldı.
İllik anlamda ÜDM vahid valyuta blokunda 3-cü rüb üzrə 1.6% qalxaraq aprel-iyun ayları üzrə olan proqnoza və artıma uyğun gəldi.
Əlavə hesabat göstərdi ki, istehlak qiymətləri indeksi sentyabrda 0.4% qalxdıqdan sonra bu ay 0.5% qalxaraq verilən proqnozlara uyğun gəldi. Bu göstərici 2014-cü ilin iyunundan bəri müşahidə olunan maksimal göstərici oldu.
İQ baza indeksi əvvəlki ayın analoji artımından sonra oktyabrda 0.8% artdı.
Baza indeksinin artmasına baxmayaraq aşağı inflyasiya səviyyəsi AMB-nin hədəf səviyyəsindən (2%-dən aşağı) çox uzaqdır.
Pul-kredit siyasətinin müəyyən edilməsi üzrə 8 dekabra planlaşdırılmış AMB-nin növbəti iclası 2017-ci ilin mart ayında başa çatması planlaşdırılan aktivlərin alınması üzrə bank proqramının uzadılmasına gətirib çıxara bilər.
Dollara olan tələbat əvvəlki kimi FRS-in dekabrda faiz dərəcələrini artırması üzrə gözləntilər fonunda qorunub saxlanılır.
investing.com©