Bu gün Auditorlar Palatası Şurasının videokonfrans formatında növbəti iclası keçirilib.
FED.az bu barədə Palataya istinadən xəbər verir.
Məlumata görə, Şura üzvlərinin və Şura yanında Komitə sədrlərinin iştirak etdiyi videokonfransda aşağıdakı məsələlər müzakirə edilib, müvafiq qərarlar qəbul edilib:
1. Haqsız rəqabətin aradan qaldırılması;
2. Auditorlar Palatasının Şurası yanında yeni komitələrin və komissiyanın yaradılması, tərkiblərinin təsdiq edilməsi;
3. 2021-ci ildə auditor təşkilatlarının və sərbəst auditorların apardıqları auditlərin keyfiyyətinə kənar nəzarətin vəziyyətinə dair icmal-təhlilin hazırlanması;
4. “Auditorların (auditor təşkilatlarının) reytinqinin müəyyənləşdirilməsi barədə Qayda”nın təkmilləşdirilməsi;
5. Qanunvericilikdə nəzərdə tutulmuş auditdən yayınmaya görə inzibati məsuliyyətin artırılmasına dair təkliflər;
6. Auditorlar Palatasının Şurası yanında Keyfiyyətə nəzarət və keyfiyyətin idarə edilməsi üzrə komitənin müfəttişlərinin siyahısının təsdiq edilməsi.