AZAL Bakı-Naxçıvan və Naxçıvan-Bakı hava xətti ilə uçan şəxslərə güzəştlərə görə 6.6 milyon manat artıq kompensasiya alıb.
Hesablama Palatası 481,2 milyon manat - Maliyyə Pozuntusu Aşkarlayıb
FED.az xəbər verir ki, bu, Hesablama Palatasının 2022-ci il üzrə fəaliyyət hesabatında yer alıb.
Qeyd edilib ki, “Azərbaycan Hava Yolları” QSC üzrə dövlət əmlakının və dövlət vəsaitlərinin idarə olunması auditi üzrə Nazirlər Kabinetinin 210 nömrəli qərarından irəli gələn tələblər gözlənilməyərək Bakı-Naxçıvan və Naxçıvan-Bakı hava xətti ilə uçan şəxslərə güzəştlərin edilməsi çərçivəsində 2020-ci ilin faktiki təlabat həcmindən artıq alınmış kompensasiya məbləği üzrə 6.6 manatın və podrat müqavilələri çərçivəsində auditlə əhatə olunan dövrdə yerinə yetirilən əsaslı təmir, tikinti və quraşdırma işlərinin dəyəri üzrə 0,5 milyon manatın dövlət büdcəsinə ödənilməsi təmin edilib. (Apa)