Asiya səhmləri cümə axşamı günü aşağı düşdü, lakin treyderlərin əsas diqqət mərkəzində olan məsələ Cənubi Koreya şirkəti olan Samsung Electronics-in rüblük nəticələri idi.
Nikkei 225 - 0,49%, S&P/ASX 200 — 1,00%, Shanghai Composite isə 0,34% aşağı düşdü.
Samsung Electronics (KS:005930) əməliyyat gəlirlərinin 3-cü rübdə Galaxy Note 7 smartfonlarının geri çağırılmasına görə 30%-ə qədər azaldığını bildirdi, bu faktor da şirkət səhmlərinin çökməsinə səbəb oldu. Rüblük nəticələr Samsung üçün ağır dövrün yekununu vuraraq şirkət investorlarını hürkütdü.
Dünən amerikan səhmləri dəyişkən nəticələr göstərirdi: sənaye v neft-qaz sektorlarının səhmləri, o cümlədən kommunal xidmət sferasının səhmləri artdı, səhiyyə. texnologiya və telekommunikasiya sahəslərində isə onlar aşağı düşdü.
Nyu-York fond birjasının bağlanış sessiyasında Dow Jones Industrial Average 0,17% artdı, halbuki S&P 500 - 0,17%, NASDAQ Composite isə 0,63% aşağı düşdü.
.
investing.com©