Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Azəri-Çıraq-Günəşli (AÇQ) yataqlar blokundan 2017-ci ilin martın 1-nə əldə edilən gəlirlərini açıqlayıb.
ARDNF-dən "APA-Economics"ə verilən məlumata görə, bu ilin 2 ayında AÇG yataqları üzrə fond 993 mln. ABŞ dolları gəlir əldə edib.
Ümumiyyətlə, 2001-ci ildən etibarən cari ilin mart ayının 1-dək AÇG yataqlar bloku üzrə 123,102 mlrd. dollar həcmində gəlir əldə olunub.