Bu il aprelin 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivləri 2017-ci ilin əvvəlinə (33 147,0 mln. ABŞ dolları) nisbətən 0,18% artaraq 33 207,2 mln. ABŞ dollarına çatıb.
Bu barədə bu gün ARDNF-də keçirilən mətbuat konfransında Fondun icraçı direktoru Şahmar Mövsümov bildirib.
Onun sözlərinə görə, bu artıma ilk növbədə investisiya portfelinin tərkib valyutalarının məzənnə dəyişikliyi fərqi (əsasən avro, Rusiya rublu, funt sterlinq), eyni zamanda akitvlərin dəyərinin yüksəlməsi (xüsusilə, səhm və qızıl portfelinin) əhəmiyyətli müsbət təsir göstərib.
Bununla yanaşı bildirilib ki, ARDNF 2017- ci ilin ilk rübündə səhm potfelinin məcmu investisiya portfelində xüsusi çəkisini yanvarın 1-i ilə müqayisədə 3,66 faiz bəndi artıraraq 12,9%-ə çatdırıb.