Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Azəri-Çıraq-Günəşli (AÇQ) yataqlar bloku və “Şahdəniz” qaz kondensat yatağından 2016-cı ilin dekabr 1-nə əldə edilən gəlirlərini açıqlayıb.
ARDNF-dən verilən məlumata görə, bu ilin 11 ayında AÇQ yataqları üzrə fond 4 mlrd. 577 mln. ABŞ dolları həcmində gəlir əldə edib.
Ümumiyyətlə, 2001-ci ildən etibarən 01.12.2016 tarixinə qədər AÇQ yataqlar bloku üzrə 121,586 mlrd. ABŞ dolları, “Şahdəniz” yatağı üzrə isə 2,506 mlrd. ABŞ dolları həcmində gəlir əldə olunub.