2023-cü ildə Dövlət Neft Fondunun (ARDNF) idarə edilməsi ilə bağlı xərclərin 37,102 milyon manat təşkil edəcəyi gözlənilir.
Gələn il Neft Fondu qazandığından daha çox xərcləyəcək – 2,4 MİLYARD MANAT KƏSİR
FED.az xəbər verir ki, bu barədə Hesablama Palatasının Fondun gələnilki büdcəsinə verdiyi rəydə bildirilir.
Məlumata görə, bu, 2022-ci ilin proqnozu ilə müqayisədə 9,2 % çoxdur.
ARDNF-in gələnilki xərclərinin 15,348 milyon manatını və yaxud təxminən 41,4 %-ni əməyin ödənişi xərcləri təşkil edəcək. Fond satınalmalara 16,017 milyon manat, sosial ödənişlərə 0,1 milyon manat, qeyri-maliyyə aktivlərinə isə 5,636 milyon manat xərcləyəcək. (Report)