"Standard & Poor's" ("S&P") beynəlxalq reytinq agentliyi Azərbaycan Dövlət Neft Fondu (ARDNF) tərəfindən bu il Azərbaycan Mərkəzi Bankına (AMB) 7,5 mlrd. manatadək məbləğdə transfertin nəzərdə tutulmasına münasibət bildirib.
Transfertin real məbləği nəzərdə tutulandan daha az olacaq: "Bizim fikrimizcə, real məbləğ planlaşdırılandan daha az olacaq. Azərbaycan Mərkəzi Bankının ehtiyatlarının tükənmə sürətinin nəzərə alaraq hökumət ehtiyatlı siyasətini həyata keçirməkdə davam edəcək.
Qeyd edək ki, bu il ARDNF-dən AMB-yə 7,5 mlrd. manatın transferti nəzərdə tutulub. Transfert makroiqtisadi sabitliyin təmin olunmasına yönələcək. Transfert fondun ümumi xərclərinin 51,7%-ə bərabərdir.