Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının heç birinin "Mastercard"a borcu yoxdur. Bunu "Mastercard"ın Azərbaycan üzrə meneceri Alper Meriç deyib.
A.Meriç qeyd edib ki, "Apple" şirkəti Azərbaycan bazarına daxil olmaqla bağlı qərar qəbul edərsə "Mastercard" texnoloji baxımdan bunu dəstəkləyə bilər.
Xatırladaq ki, hazırda Azərbaycanda 28 kommersiya bankı "Mastercard"la əməkdaşlıq edir.