İndiyə qədər Azərbaycan Mərkəzi Bankı (AMB) “Azərbaycan İpoteka Fondu” ASC-nin bu il dövriyyəyə buraxdığı 50 mln. manatlıq istiqrazların cəmi 20%-nin (10 mln. manatlıq hissəsinin) təkrar bazarda alışını həyata keçirib. FED.az xəbər verir ki, bunu “Report”un sorğusuna cavab olaraq AMB-dən bildiriblər.
Qurum bəyan edib ki, bu rəqəmin artması (əlavə likvidliyin verilməsi) istiqraz almış bankların likvidlik vəziyyətindən asılıdır: “Əgər banklar tərəfindən portfeldəki ipoteka istiqrazlarını satmaq zərurəti yaranarsa, buna təkrar bazarda dəstək veriləcək”.
Xatırladaq ki, AİF-in qiymətli kağızları 10 il müddətinə, illik 3% gəlirliliklə dövriyyəyə buraxılıb. Bunlar hər birinin nominal dəyəri 1 000 manat olan 50 min ədəd istiqrazdır.