Büdcə kəsirinin maliyyələşmə strukturunda vahid xəzinə hesabı qalığının əsas paya sahib olması makroiqtisadi və inflyasiya hədəflərinə nail olmağa mane ola bilər.
Eləcə də bax: Elman Rüstəmov: “Bankları çox şeydə ittiham etmək olar”
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib.
2022-ci il dövlət büdcəsi layihəsinə Mərkəzi Bankın yeganə qeydi büdcə kəsiri və onun maliyyələşməsi strukturu ilə bağlıdır. Nəzərdə tutulan büdcə kəsirinin 40%-dən yuxarısının vahid xəzinə hesabının qalığı hesabına maliyyələşməsi proqnozlaşdırılan makroiqtisadi hədəflərə və ilk növbədə inflyasiya hədəflərinə nail olmağa mane ola bilər", - AMB sədri bildirib.
Qeyd edək ki, 2022-ci ildə 3,063 mlrd. manat həcmində proqnozlaşdırılan dövlət büdcəsinin kəsirinin 41%-inin vahid xəzinə hesabının qalığının hesabına, 35,9%-inin xarici və daxili borclanma, 19,4%-inin imzalanmış layihələr üzrə cəlb edilən kreditlər hesabına, 3,7%-ini isə Özəlləşdirilmədən daxilolmalar hesabına maliyyələşdirilməsi nəzərdə tutulur.
Xatırladaq ki, sonuncu faiz dəhlizinin parametrlərinə dair onlayn mətbuat konfransında E. Rüstəmov bildirib ki, gələn il ortaillik inflyasiya 5,6% səviyyəsində proqnozlaşdırılır.