ABŞ-ın tarif siyasətinin Azərbaycana təsirini qiymətləndirmək hələ tezdir.
Mərkəzi Bankın sədri bankların faiz marjasına təniqidi yanaşdı: "Səviyyə yüksəkdir"
FED.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov mətbuat konfransında bildirib.
"Bir başa ABŞ ilə ticarət həcmimiz elə də böyük deyil və tariflər təxminən 10% artıb. Dolayı yolla təsiri ola bilər, lakin bu təsiri tam qiymətləndirmək üçün biraz vaxt lazımdır. Artıq bir sıra Avropa və Asiya ölkələri üçün ABŞ bazarı daha yüksək tarif olduğu üçün və onların mal və xidmətlərinin qiyməti artıb. Buna görə də onlar yeni bazarlara fokuslanır ki, həmin bazarlarda təklifin artmasına və qiymətlərin azalmasına səbəb ola bilər".
T. Kazımov hesab edir ki, ümumilikdə, tarif müharibəsinin Azərbaycanda qiymətlərin kəskin artımına səbəb olacağını demək olmaz