"Artan faiz şəraitində ölkəmizdə kreditləşmə azalmayıb - illik müqayisədə cəmi kredit portfeli 18,7%, o cümlədən, biznes kreditləri portfeli 17%-dən çox, istehlak kreditləri portfeli 20%-dən çox artıb. Yəni kreditləşmə davam edir".
FED.az xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib.
"Siz bu gün evdə pul saxlayırsınız, potensial olaraq illik 8-9% itirirsiniz. Banka gətirsəniz, o faizləri qazana bilərsiniz. Banklar vəsaitləri cəlb etmək üçün faizlərini qaldırırlar, hansıki buda bizim Mərkəzi Bank olaraq istəyimiz idi. Çünki bank sektorunda kifayət qədər böyük ədalətsizlik var idi. Böyük bankların depozit faizləri 5-6 fazi ətrafında idi, çünki onlara vəsait lazım deyildi, pulsuz vəsaitləri var idi - böyük şirkətlərin, dövlət vəsaitləri və s. Digər banklarda isə depozit faizləri 8-9 faiz civarında idi. Biz artıq pul siyasətini həyata keçirdikdə, artıq həm böyük banklar arasında, həm də digər banklar arasında rəqabət başladı, balans yarandı. Böyük banklar da faizlərini qaldırdılar. Buna görə kredit fazilərində də cüzi artım olub. Bizim də istəyimiz odur ki, öhədliklər sahəsində, depozitlərin cəlb edilməsində, Manatın dəyərinin formalaşmasında banklar rəqabət etməyə başlasınlar. Pul siyatəmizin nəticəsində unikal əmanətçilərin sayında 41% artım olub. Onun 77%-i əmanət məbləği 30 min manata qədər olan əmanətçilərdir.", -Mərkəzi Bankın sədri deyib.
Mərkəzi Bankın sədri əlavə edib ki, "Planlarımıza və bizim baxışımıza gəldikdə isə bizim gözləntimiz odur ki, banklar öz marjalarını formalaşdırsınlar. Marjalar çox yüksəkdir. 6%, 8% marjaları var. Onlar öyrənməlidir ki, böyük marja şəraitində yox aşağı marja, böyük həcmdə çalışsınlar. Bu istiqamətdə banklar ilə çalışırq.
Həmçinində hökumət hesablarında olan vəsaitlərin bank sektoruna buraxılması onu göstərir ki, banklar vəsaitin gələcəyini proqnozlaşdırırlar: Artıq qabaqlayıcı faizlərini qaldırmırlar, çünki bilirlər ki, artıq hökumət hesablarından vəsait hərrac vasitəsilə daxil ola bilir, ona görə öz likvidlik planlaşdırılmasını daha dəqiq edə bilirlər. Bizim gözləntimiz o deyil ki, faizlər artacaq. Bizim gözələntimiz odur ki, banklar öz marjalarına daha effektiv yanaşacaqlar. Çünki düşünürük ki, kifayət qədər yüksəkdir".