Azərbaycan ilə ABŞ arasında iqtisadi və maliyyə sahələrində əməkdaşlığın son illərdə əhəmiyyətli dərəcədə genişləndiyini və strateji mərhələyə yüksəlib.
Son 25 ildə əhali tərəfindən 17 milyard manatlıq valyuta alınıb - Taleh Kazımov
Bu barədə FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının və Dövlət Neft Fondunun rəhbər heyəti ABŞ Ticarət Palatasının Azərbaycana təşkil etdiyi biznes missiyası çərçivəsində keçirilən dəyirmi masada Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.
O, mövcud tərəfdaşlığın qarşılıqlı etimada əsaslanaraq davamlı inkişaf perspektivləri yaratdığını bildirib. Taleh Kazımov çıxışı zamanı ölkədə makroiqtisadi sabitlik, maliyyə-bank sektorunun dayanıqlılığı, maliyyə texnologiyalarının inkişafı, rəqəmsallaşma təşəbbüsləri, dayanıqlı maliyyə alətləri və sərhədlərarası ödəniş infrastrukturu sahəsində həyata keçirilən islahatlar və əldə olunan nəticələr barədə ətraflı məlumat verib. O, ABŞ şirkətləri ilə əməkdaşlığın genişləndirilməsinin, qabaqcıl texnologiya və təcrübə mübadiləsinin əhəmiyyətini, eləcə də ötən illərdə təşkil olunan bankçılıq missiyalarının ABŞ bankları ilə əlaqələrin möhkəmləndirilməsində rolunu xüsusi qeyd edib.
AMB sədri ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksiyə təşəkkür edərək rəhbərlik etdiyi biznes missiyasının iki ölkə arasında biznes və investisiya əlaqələrinin daha da möhkəmlənməsinə, qarşılıqlı etimadın güclənməsinə mühüm töhfə verəcəyinə əminliyini bildirib. O, ABŞ Ticarət Palatasının ticarət, innovasiya və qarşılıqlı rifahı təşviq edən körpü rolunu oynayaraq ikitərəfli iqtisadi əlaqələrin inkişafında mühüm platforma olduğunu vurğulayıb.
Tədbirin yekununda ABŞ-nin aparıcı transmilli şirkətlərinin təmsil olunduğu nümayəndə heyətinin sualları cavablandırılıb, maliyyə və investisiya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, ABŞ Ticarət Palatasının biznes missiyası çərçivəsində ölkəmizdə bir sıra dövlət qurumları, yüksək səviyyəli rəsmilər və özəl sektor nümayəndələri ilə silsilə görüşlər təşkil olunub. Bu görüşlər iki ölkə arasında iqtisadi tərəfdaşlığın dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.














