Bu il Azərbaycan Mərkəzi Bankının (AMB) xarici valyuta ehtiyatları valyuta bazarında tarazlığı dəstəkləmək məqsədilə alışlar hesabına xalis olaraq 297 milyon ABŞ dolları artıb.
Eləcə də bax: Prezident 2022-ci ilin dövlət büdcəsinə dəyişiklikləri - TƏSDİQLƏYİB - SİYAHI
FED.az xəbər verir ki, bu barədə AMB-nin açıqlamasında bildirilir.
"İlin ötən dövrü ərzində valyuta bazarında tələbin aşağı olması nəzərə alınmaqla növbəti 2 ay ərzində AMB-nin xarici valyuta ehtiyatlarını satılmış vəsait qədər tam bərpa edəcəyi proqnozlaşdırılır. Bundan əlavə, 2022-ci ilin sonuna tədiyyə balansının cari əməliyyatlar hesabında ÜDM-in 23-25% intervalında profisitin olacağı proqnozlaşdırılır",- deyə qurum bəyan edib. (Report)