Azərbaycan Mərkəzi Bankı (AMB) aprelin 3-də keçirilən növbəti depozit hərracında tələb 149,2 mln. manat təşkil edib.
AMB-dən FED.az-a verilən xəbərə görə, hərrac nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 14,76% təşkil edib.
Qeyd edək ki, AMB depozit hərraclarının keçirilməsinə 2016-cı ilin iyun ayında başlayıb.