Azərbaycan Mərkəzi Bankının (AMB) metal pul nişanlarının məhv edilməsi sistemlərinin satın alınması üçün elan etdiyi tender baş tutmayıb.
Rəsmi mətbuatda verilən məlumata görə, Tender Komissiyasının 14 fevral 2017-ci il tarixli qərarı ilə tender baş tutmamış hesab edilib.
Xatırladaq ki, sözügedən tenderi AMB ötən ilin sentyabr ayında elan edib. Bundan sonra 2 dəfə tender üçün təkliflərin qəbulu müddəti uzadılıb.