Noyabrın 2-də "Bakı Fond Birjası" QSC-də (BFB) Azərbaycan Mərkəzi Bankının qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. Bu barədə BFB-dən məlumat verilib.
Məlumata görə, hərrac zamanı sifarişlərin toplanması birjanın ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək həyata keçiriləcək.
Qeyd edər ki, hərraca hər birinin nominal dəyəri 100 manat olan 500 min not çıxarılacaq. Qiymətli kağızların ödəmə tarixi 30 noyabr 2016-cı ildir.
AMB-nin qısa müddətli notların buraxılışı, yerləşdirilməsi və tədavülü haqqında qaydalara əsasən hərracda bank lisenziyasına malik olan hüquqi şəxslər iştirak edə bilər. Banklar hərraca BFB-nin üzvü olan investisiya şirkətləri vasitəsilə qatıla bilər. Hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümümi sayı (rəqabətli və qeyri-rəqabətli) 3-dən artıq olmamalıdır. Hərrac zamanı, notların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir.
Report©