Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) dövlət qeydiyyatından keçmiş ümumi həcmi 5 mln. manat, hər birinin nominal dəyəri 100 manat, tədavül müddəti 27 gün olan qısamüddətli notlarının (50100153S) yerləşdirilməsi üzrə hərrac keçirilib.
Bakı Fond Birjasından Fed.az-a verilən məlumata görə, hərrac zamanı 2 investor tərəfindən 2 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 3,507,500.00 AZN təşkil edib.
Sifarişlər 98.9200 AZN (14.5572%) və 98.9400 AZN (14.2847%) qiymətində təqdim edilib.
Notların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti – 98.9200 AZN (14.5572%), orta ölçülmüş qiyməti – 98.9316 AZN (14.3991%), səviyyəsində Mərkəzi Bank tərəfindən müəyyən edilib.
Bağlanılmış əqdlər üzrə hesablaşmalar 05.01.2017 (t+0) tarixində həyata keçirilib.
Notların nominal üzrə reallaşdırılmış həcmi 3,507,500.00 AZN manat məbləğində müəyyən edilib.
Notların ödəmə tarixi 01.02.2017-cı ildir.