Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün keçirilən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələrini açıqlayıb.
AMB-dən Fed.az-a verilən məlumata görə, hərracda tələb 52 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 14,98% təşkil edib.