Cari ilin I rübündə Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun valyuta satışlarının həyata keçirilməsi üzrə 22 hərrac baş tutub.
Azərbaycanın bəzi idxalçı şirkətləri fevralda valyuta satışını müvəqqəti təxirə salıb
FED.az AMB-ya istinadla xəbər verir ki, rüb ərzində manatın ABŞ dollarına nəzərən rəsmi məzənnəsi banklararası əqdlər üzrə orta məzənnə (“Blumberq” platformasında hərraclar və hərracdan kənar əməliyyatlar nəzərə alınmaqla) əsasında müəyyənləşdirilib.
Hesabat ilində manatın ABŞ dollarına qarşı orta günlük rəsmi məzənnəsi 1,7 manat təşkil edib. Hesabat dövründə manatın məzənnəsi ticarət tərəfdaşı olan digər ölkələrin valyutalarına qarşı fərqli istiqamətlərdə dəyişib. İkitərəfli məzənnələrin dinamikası çoxtərəfli məzənnənin dinamikasına da təsir göstərib.
Ümumilikdə, rüb ərzində manatın nominal effektiv məzənnəsi 2,7 faiz möhkəmlənib, real effektiv məzənnəsi isə 0,1 faiz ucuzlaşıb. Azərbaycandakı inflyasiyanın tərəfdaş ölkələrdəki orta inflyasiyadan əhəmiyyətli aşağı olması real effektiv məzənnəyə azaldıcı təsir edib.