Bu ilin fevral ayında Azərbaycan bankları bir sıra idxalçı müştərilərinin sifarişi ilə bağlı ilkin olaraq valyuta hərraclarında iştirak etsə də, sonradan həmin şirkətlərin valyuta alışını müvəqqəti təxirə salması ilə əlaqədar hərracdan valyuta alışını ləğv edib.
Azərbaycandakı valyuta hərraclarındakı satış 2 dəfədən çox artıb
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib.
Son nəticədə AMB-nin ötən ay açıqladığı valyuta satışının məbləği (870,6 milyon ABŞ dolları) ilə Dövlət Neft Fondunun açıqladığı valyuta satışının məbləği (920,5 milyon ABŞ dolları) arasında fərq yaranıb.
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 2024-cü ilin fevral ayı ərzində 920,5 milyon ABŞ dolları məbləğində vəsait satılıb. Azərbaycan Mərkəzi Bank isə 2024-cü ilin Fevral ayında keçirilmiş 9 valyuta hərracında cəmi 870,6 milyon dollar tələb olduğunu və tələbin tam təmin edildiyini açıqlayıb. (Report, Marja)