Bu gün "Bakı Fond Birjası" QSC-də (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. Bu barədə BFB-dən bildirilib.
Məlumata görə, hərraca AMB-nin 50100152S saylı dövlət qeydiyyatından keçmiş, ümumi həcmi 50 mln. manat (hər birinin nominal dəyəri 100 manat 500 min ədəd), tədavül müddəti 28 gün olan notları çıxarılıb. Qiymətli kağızlara 3 investor 7 sifariş təqdim edib. Sifarişlərin nominal üzrə ümumi məbləği 64 236 300 manat təşkil edib.
Sifarişlər 98,8475 manat (14.9906%) - 98,9228 manat (14,0005%) qiymət intervalında təqdim olunub. AMB notların rəqabətli sifarişlər üzrə kəsmə qiymətini 98,8483 manat (14,9801%), orta ölçülmüş qiymətini 98,8687 manat (14.7117%) səviyyəsində müəyyən edib.
Bağlanılmış əqdlər üzrə hesablaşmalar bu gün həyata keçirilib. Notların nominal üzrə reallaşdırılmış həcmi 50 000 000manat məbləğində müəyyən edilib. Notların ödəmə tarixi 30.11.2016-cı ildir.