Amazon (NASDAQ: Amazon.com `AMZN`) ərəb dünyasında iri onlayn-riteyler olan Souq.com-un 30%-ni almaq niyyətindədir. Bu barədə Bloomberg agentliyi öz mənbəsinə istinadən xəbər verir. Bu sövdələşmə vasitəsilə Amazon Yaxın Şərqdə öz biznesini genişləndirmək istəyir.
Amazondan başqa Souq.com-a həmçinin internet vasitəsilə satışlarını genişləndirməyə cəhd edən fərdi investisiya şirkətləri, həmçinin regional firmalar da maraq göstərir. Artan tələbat və potensial alıcıların sayının artması sayəsində elektron ticarət platformasının qiyməti 1.2 milyard dollaradək arta bilər. Bu barədə mənbədən məlumat verilir. Habelə, hazırda şirkətin satışa dair heç bir razılaşması yoxdur.
Souq.com və Amazon şirkətlərinin nümayəndələri mümkün sövdələşmə barədə hələ heç bir şərh bildirməmişlər.
Sentyabrda məlum oldu ki, Souq.com şirkəti paylarından biri üçün alıcı axtarışı ilə bağlı Goldman Sachs (NYSE: Goldman Sachs Group `GS`) xidmətlərinə müraciət etmişdi.
ru.insider.pro©
Amazon ərəb onlayn-riteyleri Souq.com-un 30%-ni almaq istəyir
14:03
3 Noy 2016