"Azərbaycan İpoteka Fondu" ASC (AİF) xətti ilə indiyə qədər 19 027 ipoteka krediti verilib. Bu kreditlərin ümumi məbləği 794 994 480 manat olub. Bu isə o deməkdir ki, dövlət xətti ilə ipoteka kreditlərinin orta məbləği 41 782,44 manatdır. İpoteka kreditlərinin sayında bir ayda 269 və ya 1,43%, kreditlərin məbləğində isə 16 037 650 manat və ya 2,06% artım qeydə alınıb.
Xatırladaq ki, AIF ötən il avqustun 18-də yaradılıb. Onun nizamnamə kapitalı 307,239 mln. manatdır.