Kitabda 1966-cı ildə təsis olunduğu tarixdən etibarən bu günə kimi AİB-in on illikləri əhatə edən fəaliyyətlərindən ətraflı şəkildə bəhs olunur. Burada, həmçinin Asiya və Sakit Okeanı regionundan müxtəlif təkliflər, Banqkok, Manila və digər şəhərlərdə keçirilmiş hazırlıq görüşləri, eləcə də təşkilatın nizamnaməsi, üzvlük və Baş Qərargahın yerləşəcəyi yerin müzakirəsi məqsədilə region və regiondan kənardakı insanlar arasında əməkdaşlıq kimi AİB-in qurulması ilə bağlı məsələlər qeyd olunmuşdur.
Kitabın müəllifi Avstraliya Milli Universitetinin akademiki, AİB-in keçmiş İcraçı Direktoru və AİB İnstitutunun keçmiş dekanı Peter MakKauleydir. AİB-in əməkdaşları müəllifi fəal olaraq dəstəkləmiş və o, AİB-in keçmiş əməkdaşları da daxil olmaqla müxtəlif şəxslərin rəy və fikirlərindən faydalanmışdır.Kitabın məqsədi 50 il müddətində unikal regional perspektivini nəzərə alaraq, Asiyada meydana çıxan çağırışlara AİB-in hansı yollarla cavab verməsini nəzərdən keçirməkdir. Bu kitab AİB-in 50 illik tarixinə üç tarixi izah – Asiyanın iqtisadi inkişafı, beynəlxalq inkişafla bağlı gündəliyin tərəqqisi və AİB-in təşkilati tarixi vasitəsilə obyektiv və ətraflı baxışı təqdim edir. AİB-in Prezidenti cənab Takehiko Nakao bildirmişdir ki, “bu kitabın unikal xarakteri inkişaf perspektivindən və AİB-in ölkələrlə münasibatləri sahəsində zəngin təcrübəsinə əsaslanaraq AİB-in iqtisadi tarixinin müzakirəsindən ibarətdir.”
Nakao kitabın ön sözündə yazır ki, AİB region əhalisinin səmimi cəhdlərinin bəhrəsidir və AİB-in yaradılması regionda əməkdaşlıq ruhunu təmsil edir. AİB-in inkişaf etməkdə olan üzv ölkələri dəstəkləməsi sahəsində nailiyyətlərinə nəzər saldıqda o, bunu üç geniş vəzifəyə ayırmışdır: (1) infrastruktur və sosial sektorlarda həyata keçirilən layihələrlə bağlı biliklərin maliyyə (kreditlər və qrantlar) ilə vəhdət təşkil etməsi, (2) dialoq, potensialın gücləndirilməsi və siyasətə əsaslanan kreditləşdirmə vasitəsilə qabaqcıl siyasətin dəstəklənməsi və (3) regional əməkdaşlıq və dostluğun gücləndirilməsi.
Bu kitab son 30 ildə AİB-in korporativ tarixini müfəssəl təsvir edən ilk kitabdır. Sonuncu kitab təşkilatın 20 illiyini qeyd etmək məqsədilə 1987-ci ildə dərc edilmişdi. AİB-in 50 illik tarixini və AİB-in Asiya və Sakit Okeanı regionunda gələcək rolunun nəticələrini müzakirə etmək məqsədilə xüsusi seminar bu gün saat 4:00-5:30-da Pakifiko Yokohama Konfrans Mərkəzinin 503 nömrəli zalında keçiriləcək.