3-cü rübdə amerikan iqtisadiyyatının templəri 2.9% artaraq illik anlamda sürətləndi və bu məlumatlar ABŞ ticarət Nazirliyinin ilkin məlumatlarında öz əksini tapır. Bu, 2015-ci ilin 2-ci rübündən bəri görünən rekorddur.
Əsas drayverlərdən biri 3-cü rübdə ixracın 10%-dək artması oldu. Habelə, iqtisadçıların fikrincə, bu, elə də yeni artım dalğası deyildir, sadəcə 1-2-ci rüblərin zəif hesabatları ilə müqayisədə meydana çıxan güclü sıçrayışdır.
Ən çox iqtisadiyyatın artımına dəstək olan məhz prezident seçkiləri ilə bağlı qeyri-müəyyənlikdir. Bu barədə "Aberdeen Asset Management"dən Lyuk Bartolomey demişdir.
Çox kiçik ehtimal var ki, çıxan məlumatlar ABŞ FRS-in 1-2 noyabrda keçirəcəyi iclasın yekunlarına təsir edəcək. CME Group-un məlumatlarına görə bazar əsas faiz dərəcələrinin noyabrda qaldırılacağı ehtimalını cəmi 10% qiymətləndirir.
Capital Economics iqtisadçısı Pol Eşuorf düşünür ki, ÜDM-in möhkəmlənməsi, həmçinin əmək bazarındakı müsbət statistika yalnız dekabrda faiz dərəcələrinin qalxmasına təsir edə bilər.
insider.pro©
ABŞ iqtisadiyyarı 2.5 ilə rekord səviyyəyə çatdı
15:48
31 Okt 2016