Amerika fond indeksləri cümə axşamı gününün ticarət sövdələşmələrinin nəticələrinə görə aşağı düşmüşdü. Bunlar səhmlərin qlobal satışı fonunda və Çindən gələn mənfi statistika sayəsində volatilliyi ilə fərqlənirdi.
Bundan əlavə, FRS-in bu yaxınlarda keçirilən toplantısı ərəfəsində dərc edilən protokol ona işarət etdi ki, MB rəhbərliyi ABŞ-da tez bir zamanda faiz dərəcələrinin artmasına dəstək göstərir. Bu barədə MarketWatch xəbər verir.
Sessiyanın gedişində 8 iyuldan bəri ilk dəfə olaraq Dow Jones Industrial Average dəyəri bir müddət 18000 punktdan da aşağı düşürdü və bunu FactSet məlumatları sübut edir.
"Ümumilikdə bazarda indi yüksək təhlükə səviyyəsi mövcuddur", - deyə Federated Investors şirkətinin portfellər üzrə rəhbəri Stiv Çiavarone bildirmişdi.
"Bazar səhmləri yuxarıya doğru sürükləyə bilən katalizatorlarını itirmişdir" -Clarity Financial LLC-nin baş investisiya analitiki Lans Roberts belə düşünür. Onun sözlərin görə "fantastik qalxışdan" sonra iqtisadiyyat öz dövriyyəsini itirməyə balamışdır və bununla belə korporativ gəlirlərin bərpası sual altında qalır.
Dow Jones Industrial Average indeksi cümə axşamı günü 45,26 punktadək (0.25%) azalmış və 18098,94 punkt təşkil etmişdir.
Ticarət sövdələşmələri nəticəsində Standard & Poor's 500 isə 6,63 punktadək (0,31%) düşərək 2132,55 punkt təşkil etmişdir.
Gün ərzində Nasdaq Composite dəyəri 25,69 punktadək (0,49%) düşərək 5213,33 punkt təşkil etmişdir.
Sövdələşmələr nəticəsində cümə axşamı günü bankların səhmləri, o cümlədən Goldman Sachs səhmləri 1,1%-dək, Wells Fargo səhmləri 1.3%-dək, Fifth Third Bancorp (NASDAQ:FITB) isə 3,1%-dək ucuzlaşmışdır.
Marriott Vacations WorldWide Corp. kağızlarının qiyməti təxminən 9%-ə düşmüşdür. 60-dan çox kurortu olan şirkət 3-cü rübdə xalis gəlirini 24%-dək artırmış, habelə analitiklərin gözləntilərini doğrultmamışı.
Lions Gate Entertainment kapitallaşması 3%-dək azalmışdır. Kinostudiya şirkətə artıq 16 ildir ki, rəhbərlik edən baş icraçı direktor Con Feltheymerlə olan müqavilənin müddətini 2023-cü ilin may ayınadək uzatmışdır.
Bununla yanaşı Delta Air Lines Inc (NYSE:DAL) səhmləri sessiyanın əvvəlindəki zəifləmədən sonra 1.9%-dək bahalaşmışdı. Aviaşirkətin xalis gəliri bundan əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1.32 milyard dollardan cari ilin 3-cü rübündə 1.26 milyard dollaradək azalmışdı. Gəlir isə 6%-ə, yəni 10.48 milyard dollaradək aşağı düşmüşdü. Bu isə analitiklərin verdiyi 10.55 milyard dollar ortalama proqnozundan qat-qat aşağıdır. Habelə, aviadaşıyıcı rəhbərliyi cari rüb üzrə müsbət proqnozlar vermişdi, o cümlədən Yaponiyada daşıma gücünün ixtisar edilməsi planları barədə elan etmişdi.
Dəmiryol operatoru CSX Corp (NASDAQ:CSX) bazar qiyməti əvvəlki rübün güclü maliyyə hesabatlılığı sayəsində 3,1%-dək qalxmışdı.
investing.com©