Dollar cümə günü yuana qarşı üçaylıq maksimumu ətrafında satılır və bununla da əsas valyutalara qarşı aylıq artımını nümayiş etdirir. İnvestorlar isə bu ərəfədə 3-cü rüb üzrə ABŞ ÜDM-nin artımı barədə məlumatların çıxmasını gözləyirlər.
Amerikan məlumatlarının müsbət dinamikası ABŞ-ın FRS dərəcələrini qaldırması yolundakı gözləntiləri gücləndirir.
Məyusedici nəticələr olarsa, bu dolların zəifləməsinə gətirib çıxara bilər. Belə mənzərə iyulun sonunda ABŞ ÜDM məlumatları zəif çıxdıqda baş vermişdi.
Moskva vaxtı ilə saat 8:37-də dollar 0.03% artaraq 105.33 yuana çatmışdı, bu da cümə axşamı gününün maksimum səviyyəsi olan 105,35 yuana yaxın idi. Qeyd edək ki, bu rəqəm iyulun sonundan bəri müşahidə edilən ən yüksək rəqəm idi.
Reyter agentliyi tərəfindən sorğulanan analitiklərin verdiyi ortalama proqnoza görə ABŞ ÜDM-i 3-cü rübdə 2.5%-ə artacaqdır.
Avro 0.1% güclənərək $1,0909 dollara çatmışdır, habelə ümumilikdə ay üzrə təxminən 3%-ədək düşmüşdü.
Britan funtu $1,2180-ə yaxın civarlarda satılırdı və gün ərzində 0.2% artırmışdı.Habelə, cümə axşamı günü həftəlik maksimumundan düşərək $1,2273 səviyyəsində qərarlaşmış və bu nəticə BB-nin ÜDM məlumatları çıxdıqdan dərhal sonra alınmışdı.
Dollar isveş kronuna qarşı təxminən 7.5 illik maksimumu ətrafında satılırdı. Bu hadisə isə İsveç mərkəzi bankının faiz dərəcələrinin növbəti dəfə düşməsi ehtimallarının artmasını və bankın kəmiyyət yumşaldılması proqramının genişləndirməyə hazır olmasını elan etməsindən dərhal sonra baş verdi.
investing.com©