Amerika fond indeksləri keçən həftənin yekunlarına görə aşağı düşdü. Standard & Poor's 500 cümə günü ardıcıl olaraq 9-cu sessiya idi ki, bunu da enmə nümayiş etdirməklə başa vurdu. Bu isə sözügedən indikator üçün 1980-ci ilin dekabrından bəri müşahidə edilən ən uzun zəifləmə müddətidir. Bu barədə MarketWatch yazır.
Həftənin yekunlarına görə S&P 500 indeksi 1,9%, Dow Jones Industrial Average - 1,5%, Nasdaq Composite (9-cu sessiya ardıcıl şəkildə) isə 2,8% itirərək aşağı düşdü.
Amerika fond bazarının aşağı düşməsi ABŞ-dakı siyasi qeyri-müəyyənliklə bağlıdır. Bu barədə PNC Asset Management Group-un baş investisiya strateqi Bill Stoun bildirir.
Cümə günü nəşr edilən statistik məlumatlar ümumilikdə ekspertlərin əmək bazarının davamlı qalxması barədə fikrini dəstəkləmiş oldu, habelə, gözlənildiyindən də zəif oldu.
Ekspertlərin fikrincə əmək bazarı üzrə məlumatlar FRS-in pul-kredit siyasətini tədricən normallaşdırması ilə bağlı planlarını dəyişməyəcəkdir.
CME Group-un məlumatlarına əsasən Fedrezervin dekabrda faiz dərəcələrini qaldırması ehtimalını bazarda 71.5% səviyyəsində qiymətləndirirlər.