ABŞ-da keçiriləcək prezident seçkiləri ilə əlaqədar narahatlıqlar fonunda amerikan fond indeksləri cümə günü və ümumiyyətlə, həftə ərzində qiymətdə düşdü.
Xüsusilə də bazarlar FBR-in ABŞ-ın demokratlar partiyasından prezidentliyə namizəd olan Hillari Klintonun elektron yazışmaları üzrə işlə bağlı araşdırmanı yenidən açacaqları haqda bəyanatı üzündən çox narahat idilər. FBR-in direktoru Ceyms Kominin dediyinə görə elektron məktubların icraatla əlaqəsi ola biləcəyi barədə məlumat daxil olmuşdur, lakin onların əhəmiyyətini qiymətləndirmək hələ mümkün deyildir.
Habelə, şirkətlərin maliyyə hesabatları və ABŞ-da 3-cü rüb üzrə iqtisadiyyatın artımı barədə çıxan müsbət məlumatlar cümə günü bazarın düşməsinin qarşısını alırdı.
Keçən həftənin yekunlarına görə Dow Jones Industrial Average 0.1%-dən az artmış, halbuki Standard & Poor's 500 indeksi 0,7%, Nasdaq Composite isə 1,3% düşmüşdü.
ABŞ ticarət nazirliyinin ilkin hesabatına görə məlum oldu ki, ölkənin 3-cü rübdə ÜDM-i 2.9% artmış və bu da bazar proqnozları ilə üst-üstə düşmüşdü. Bu göstərici son 2 ildə rekord göstərici oldu.
ABŞ iqtisadiyyatı barədə güclü məlumatlar tezliklə FRS-in faiz dərəcələrini qaldıracağına işarə edir. Bazar iştirakçılarının qiymətləndirməsinə görə dekabrda dərəcələrin qaldırılması imkanları 74.2% təşkil edir.
Dow Jones Industrial Average indeksi 28 oktyabr sövdələşmələrinin yekunlarına görə 8.49 punkt (0.05%) düşərək 18161,19 punktda qərarlaşmışdı.
Standard & Poor's 500 isə 6,63 punkta (0,31%) düşərək 2126,41 punktda qərarlaşmışdı.
Nasdaq Composite qiyməti 25,87 punktadək (0,50%) azalmış və 5190,10 punkt təşkil etmişdi.
Dünyada ən iri internet-riteyler olan Amazon.com Inc (NASDAQ:AMZN). qiymətli kağızları 5,1% ucuzlaşmışdı. Şirkətin 2016-cı ilin 3-cü rübündə xalis gəliri isə artmış, habelə nəticə ekspertlərin gözlədiyindən də pis olmuşdu.
Chevron (NYSE:CVX) bazar qiymətini 3,9% artırmış və şirkət ötən rübün gəlir və qazanc göstəriciləri üzrə bazar proqnozlarını üstələmişdi.
Bundan əlavə Google ana strukturu olan Alphabet (NASDAQ:GOOGL) səhmlərinin qiyməti 0,3% artmışdı. Şirkət 2016-cı ilin 3-cü rübündə gəlir və qazancını bazarın gözlədiyindən də artıq artırmış və bu, internet-reklama olan yüksək tələbat nəticəsində baş vermişdi.
Baker Hughes Inc (NYSE:BHI). kapitallaşması The Wall Street Journal-ında General Electric Co (NYSE:GE).-nun öz neft-qaz biznesini bu neft xidmətləri göstərən şirkətlə birləşdirməsi üzrə danışıqlar aparması barədə məlumatlar fonunda 8,4% qalxdı.
investing.com©